Türkiyəni terrordan təmizləyən Ərdoğan

Türkiyənin müasir tarixində terrorla mübarizə xüsusi yer tutur. Qardaş ölkənin mübarizə apardığı terror təşkilatlarının siyahısında birinci yerdə PKK terror təşkilatı yer alır. 2018-ci ilə qədər Türkiyə ərazisində aktiv 6 terror təşkilatı mövcud idi. Müxtəlif formalarda Türkiyə həmin terror təşkilatlarına qarşı effektiv mübarizə aparıb. Xüsusən də Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə qardaş ölkədə terrora qarşı mübarizə daha geniş vüsət aldı. Bununla yanaşı, bəzi qüvvələr qardaş ölkədə müxtəlif vaxtlarda daxili çevrilişlər vasitəsilə ölkənin konstitusyon quruluşunu şantaj etməyə çalışıblar. Qardaş ölkənin türk dünyasının əsas mərkəzlərindən biri kimi qəbul edilməsi beynəlxalq güc mərkəzlərini daim narahat edib və onlar Türkiyənin daxilində qarışıqlıq yaratmaq üçün müxtəlif üsullara əl atıblar. Qeyd edək ki, müasir tarixdə daim terrorla mübarizə aparan qardaş ölkədə təxminən 40 min insan terrorun qurbanı olub. Abunə ol: Türkiyəni terrordan təmizləyən Ərdoğan ***** ℗ 2022 - 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC Türkiyəni terrordan təmizləyən Ərdoğan *****
Back to Top