Sakinlər iddia edirlər ki, məbəddə gecələr qeyri-adi hadisələr baş verir - Baku TV

Sakinlər iddia edirlər ki, məbəddə gecələr qeyri-adi hadisələr baş verir - Baku TV Gəncənin Qaraçılar adlanan məhəlləsində qeyri-adi hadisə baş verir. Sakinlərin bildirdiyinə görə, burada inşa edilən məbəddən qəribə səslər eşidilir. Məbəddən qeyri-adi səslər ancaq gecə saatlarında eşidildiyi üçün biz də gecə saatlarında məbədə yollandıq. Qarşımıza uçub-dağılan, ancaq daş parçaları olan kilsə çıxdı. Qeyri-adi səslərin eşidildiyi məbədin tam yanında olsaq da, hər hansı qeyri-adiliklə rastlaşmadıq. Səhər saatlarında yenidən Qaraçılar məhəlləsinə yollandıq. Burada yaşayanlardan baş verənləri öyrənməyə çalışdıq. Sakinlər iddia etdi ki, məbəddən qəribə səslər gəlir və ərazi qədim qəbiristanlıq olub. Hətta məbədin tam yaxınlığında qədim başdaşı da var. Zamanla məbədə giriş çətinləşib. Söhbət ondan gedir ki, qədim tikili indi iki həyət evinə birləşib və məbədin qapısı fərdi yaşayış evinə açılır. Apardığımız qısa araşdırma zamanı məlum oldu ki, tikili gürcü əsilli rus generalı Sisianov tərəfindən 1804-1810-cu i
Back to Top