Hadrut qəsəbəsindən yeni görüntülər.

Hadrutda həm qədim, həm də erkən xristian və orta əsr dövrünə aid abidilərə rast gəlinir. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Hadrud kəndi olaraq keçir. Çar dövründə Hadrut kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının tərkibində idi. Bura 1847-ci ildən Poltava atlı kazak alayının qərargahı idi. 1872-ci ildə Moskvada keçirilmiş Politexnik sərgisində iki Hadrut sakini — Moses Dülgəryants və Əhməd Daşdəmiroğlu — təqdim etdiyi xalçalara görə gümüş mükafata layiq görülmüşlər. 1877-ci ildən burada Zurabov, Muradov və şəriklərinə məxsus baramaaçma karxanası fəaliyyət göstərirdi. Bəstəkar Üzeyir Hacıbəyov gənc yaşlarında Hadrutda müəllimlik etmişdir. Davidbekovun məlumatına görə, Hadrutda yerli əhali nisbətən az idi: sakinlərin əksəriyyəti vaxtilə şah ordusunun hücumlarından qurtulub buraya pənah gətirən köçkünlərdən ibarət idi. 1863-cü ildə burada 438 nəfər adam yaşayırdı, 1886-ci ildə onların sayı 1835 nəfərə qədər artmışdı. Əhali bağçılıq, bostançılıq, taxılçılıq, maldarlıq, t
Back to Top