Vətən müharibəsində iştirak etmiş hərbçilər təltif olunublar

Vətən müharibəsində iştirak etmiş hərbçilər təltif olunublar Əlahiddə Ümumqoşun Orduda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib. Medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən müharibəsi iştirakçıları ilə görüşən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Ordu quruculuğu siyasətindən və 44 günlük müharibə ilə qazanılan Zəfərdən danışıb. General-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda gedən müb
Back to Top