Məktəblilər qəzaya necə düşüb? - BAKU TV

Məktəblilər qəzaya necə düşüb? - BAKU TV Aktual xəbərlərimiz Şamaxıda məktəblilərin düşdüyü yol qəzası ilə bağlı araşdırmalara başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə iyunun 12-də gecə saat 22:50 radələrində Bakı-Şamaxı yolunun 108-ci km-də baş verib. Belə ki, Pərviz Quliyevin idarə etdiyi 99-NL-949 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtobus idarəetməni itirərək yol qəzası törədib. “Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Qəzada xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra xastəxanaya aparılıb”, - deyə məlumatda bildirilib. Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır. Sosial şəbəkələrimiz ©2021 - 2022 © All Rights Reserved ℗ Baku TV Məktəblilər qəzaya necə düşüb? #bakutv #qəza #BakiShamaxi #avtobus #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top