Tanınmış özbək alimi Şuxrat Salamovun “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” adlı kitablarının təqdimatı keçirilib. Kitabların mühüm elmi və siyasi əhəmiyyət kəsb etdiyini deyən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov nəşrlərdə tutarlı faktların yer aldığını bildirib.