“Babək“ filmindən ən təsirli səhnə

Babək tammetrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır. Film “Mosfilm“ və “Azərbaycanfilm“ kinostudiyalarının birgə məhsuludur. Babəkin azadlıq hərəkatı filmin əsasını təşkil edir. Azərbaycan SSR-in ən bahalı filmidir. Filmdə əsas rolları Rasim Balayev, Həsənağa Turabov, Amaliya Pənahova, Tamara Yandiyeva, Şahmar Ələkbərov, Məmməd Verdiyev, Hamid Azayev və Ənvər Həsənov ifa edirlər. #bilikxana #incəsənət #kino #ədəbiyyat #yaşam #faktlar
Back to Top