Müharibədə itkin düşən erməni hərbçlərin yaxınları İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.
Etirazçılar Nazirlər Kabinetinin binasına bitişik Tiqran Mets prospektini bağlayıblar.
Erməni polis aksiya yerinə cəlb edilib, onlar küçəni açmağa çalışıblar.
“Gəlin bir-birimizə hörmət edək, niyə siz, 10 000 insan, bir nəfəri - Paşinyanı əzizləyib, qoruyursunuz“, - etirazçılardan biri polislərə deyib.
Onlar baş nazir və bir sıra digər qurumların rəhbərləri ilə görüş tələb edirlər. Etirazçılar bu vəziyyətin yaranmasına səbəb olanların hələ də tapılıb cəzalandırılmamasından narazıdırlar.
Polis onları yoldan kənarlaşdırmağa çalışsada etirazçılar imtina ediblər. Saxlanılanlar var
#İTV
#İTVXəbər
#ictimaitv #video #televiziya #baku #videolar #itv