Rusiyada növbəti dəfə helikopter qəzası baş verib - BAKU TV

Rusiyada növbəti dəfə helikopter qəzası baş verib - BAKU TV Aktual xəbərlərimiz Rusiyanın Maqadan vilayətində “Mi-8” helikopteri eniş zamanı qəzaya uğrayıb. İnsident anında helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Onlar yanğın başlamazdan əvvəl kabinəni tərk edərək xilas ola biliblər. Qeyd edək ki, bu, son dörd gündə ikinci analoji hadisədir. Dekabrın 16-da Rusiyaya məxsus “Mi-8” helikopteri Buryatiya Respublikasının Ulan-Ude aerodromunda qəzaya uğrayıb. Hadisə nəticəsində azı üç nəfər həlak olub. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz Rusiyada növbəti dəfə helikopter qəzası baş verib © 2022 © All Rights Reserved ℗ Baku TV #rusiya #helikopter #qeza
Back to Top