Silahlı erməni Xankəndidə “polisi“ öldürüb

Erməni KİV-lərinin məlumatına görə, Xankəndidə 53 yaşlı Serqo Şakaryan açdığı atəş nəticəsində dırnağarası yol polisini qətlə yetirib. Atəş açdıqdan sonra Şakaryan başqa bir dıraqarası polisi təqib etməyə cəhd göstərib, o qaça bildiyindən canını qurtara bilib. Hazırda Şakaryan saxlanılıb. Qeyd edək ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında silahlı şəxslər olmamalıdır. Lakin görünən odur ki, silahlı şəxslər qalmaqla yanaşı həmin silahdan artıq özlərinə qarşı da istifadə edirlər. #İTV #İTVXəbər #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top