Vətən müharibəsində qənimət götürülən qurğulardan təlimdə istifadə olunub

44 günlük Vətən Müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları döyüş meydanında ataraq qaçıblar. Ordumuz tərəfindən döyüş meydanında düşməndən götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 mm-lik “Zastava” zenit-artilleriya qurğuları təmir edilərək silahlanmaya daxil edilib.Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə hərbi qulluqçularımız yüksək peşəkarlıq və hərbçi ustalığı nümayiş etdiriblər. “Hava düşməninin zərbələrinin dəf edilməsi” mövzusunda keçirilən taktiki-xüsusi təlimlərdə zenit-raket, radiotexniki və zenit-artilleriya bölmələri “Həyəcan” siqnalı ilə qaldırılıb. Təlimin planına əsasən hücum edən bölmələrimiz şərti düşmənin pilotsuz uçuş aparatları və aviasiya vasitələrinin hava hücumu ilə mübarizə aparmalı olub. İrəliləyən bölmələrimizin havadan müdafiəsini təmin etmək məqsədilə zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumu
Back to Top