İranda məsciddə mahnı oxuyan qızı “oradan qovublar”

Bu iranlı qadın məsciddə mahnı ifa edir. Skripka ifaçısı Nilufər Mohebbi bu videonu İsfahandakı Şah Məscidindən yayıb. Mohebbi yazıb ki, bu, onun ibadətidir. Lakin ifasının sonunda “tanımadığı bir şəxs ona mane olub və o, məscidi tərk etməli olub”. Bu video İran sosial mediasında geniş müzakirələrə səbəb olub. İranda İslam qaydalarına görə, qadının tək mahnı ifa etməsi qadağandır #shorts
Back to Top