Azərbaycanlı atlet Lamiyə Vəliyeva dünya rekordunu yenilədi

Azərbaycanlı atlet Lamiyə Vəliyeva dünya rekordunu yenilədi Azərbaycanlı atlet Lamiyə Vəliyeva dünya çempionatları rekorduna imza atıb. 21 yaşlı idmançı bu uğura Parisdə təşkil olunan mundialda nail olub. 100 metr məsafəyə qaçış yarışının yarımfinal mərhələsində qüvvəsini sınayan Lamiyə bütün rəqiblərini qabaqlamağı bacarıb. Fransa paytaxtında keçirilən yarışda 100 metr məsafəni 11,89 saniyəyə qət edən L.Vəliyeva bu göstərici ilə dünya çempionatları tarixində yeni rekord müəyyənləşdirib. Bu nəticə ilə azərbaycanlı sprinter həm də turnirin final mərhələsinə vəsiqə əldə edib. Qeyd edək ki, təmsilçimiz Parisdəki mundialda 400 metr məsafəyə qaçışda da mübarizə aparacaq. Abunə ol ☛ ❂❂❂❂❂ Azərbaycanlı atlet Lamiyə Vəliyeva dünya rekordunu yenilədi 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #LamiyəVəliyeva #atlet #dünyarekordu #Azərbaycanlıatlet #Paris #turnir #yarış #dünyaçempionatı #trend #sondəqiqə #keşfet #sondeqiqe #sonxeberler #gündəm #sonxəbərlər
Back to Top