Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında videoformatda iştirak edib

Copyright © AZTV YouTube kanalına abunə olun: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib. Belarus Prezidenti Aleksandr Lukaşenko iclasın gündəliyi barədə məlumat verdi, ölkəsinin MDB-yə sədrliyi dövründə həyata keçirilən tədbirlərdən danışdı və üzv ölkələrə Belarusa təşkilata rəhbərliyi dövründə göstərdikləri dəstəyə görə minnətdarlıq etdi. Belarus Prezidenti bildirdi ki, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən bu iclası MDB-nin yaradılmasının 30 illiyi ərəfəsində təşkil edildiyi üçün əlamətdardır. Prezident Aleksandr Lukaşenko dedi: Ənənəyə uyğun olaraq, müzakirələrimizin əvvəlində sözü Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə vermək istərdim. İlham Heydəroğlu, xahiş edirəm, çıxış edəsiniz. Dövlətimizin başçısı iclasda çıxış etdi. Facebook - İnsta
Back to Top