Rusiya meydanda tək qalır - BAKU TV

Rusiya meydanda tək qalır - BAKU TV Ukrayna - Rusiya münaqişəsinin son xəbərləri: Qərb ölkələri bir-birinin ardınca Rusiyaya qarşı sanksiya qərarlarını açıqlayır. Onların əksəriyyəti ölkənin iqtisadiyyatına yönəlib. 9 ölkə hərbi əməliyyatlarda Rusiyanı dəstəkləsə də, Putin Qərb ölkələrinin sərt sanksiyaları ilə üzləşib. Belə ki, Rusiya Prezidenti və xarici işlər naziri Sergey Lavrovun Aİ, ABŞ və Böyük Britaniyadakı aktivləri dondurulub. Rusiyanın SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması qərara alınıb. Bu sanksiya Rusiya banklarının dünya üzrə əməliyyatlarının qarşısını almaqla yanaşı, ölkənin ixrac və idxalını iflic etmək məqsədi daşıyır. Avropa Şurası isə Rusiyanın üzvlüyünü dayandırıb. Ölkə “Avroviziya” mahnı müsabiqəsindən də kənarlaşdırılıb. Rusiyaya ən sərt reaksiya verən ölkələrdən biri olan İngiltərə varlı rusların Böyük Britaniya banklarına girişini məhdudlaşdırıb, o cümlədən onların şəxsi hesablarına limit qoyub. Rusiyanın “Aeroflot” şirkətinin Britaniya hava məkanın
Back to Top