Qazaxıstan 3:2 Azərbaycan | Futzal, DÇ-2024, seçmə mərhələ | TAM OYUN

A qrupu çərçivəsində Astanadakı Jekpe-Jek Sarayında keçirilən matça meydan sahibləri sürətli hücumlarla start versə də, hesabı açan tərəf seçməmiz olub. 4-cü dəqiqədə Amadeu adını tabloya yazdırıb. 4 dəqiqə sonra yığmamız 2-ci dəfə fərqlənib. Bu dəfə Qallo əla zərbə ilə yadda qalıb. Lakin Qazaxıstan millisi oyunun gedişatını dəyişə bilib. 13-cü dəqiqədə Leo Caraqua fərqi azaldıb. 18-ci dəqiqədə isə Biryan Oryazov fərqlənib. Tərəflər fasiləyə bərabərliklə yollanıblar. İkinci hissənin əvvəlində Duqlas Cuniorin baxımlı zərbəsi ilə ev sahibləri hesabda önə keçiblər. Qalan dəqiqələrdə komandamız əlindən gələni etsə də, hesab dəyişməyib və görüş ev sahiblərinin əzmkar qələbəsi ilə tamamlanıb. ============================================================================ Azərbaycanın HD yayıma çıxan ilk telekanalı olan “CBC Sport” Azərbaycan və dünya idmanının nəbzini tutur, sağlam həyat tərzini təbliğ edir. Ən nüfuzlu daxili və xarici yarışları tamaşaçısına açıq yayımda təqdim edən “CBC Sport” gündəlik xəbərlər bloku, gündəm verilişləri, analitik və əyləncəli proqramları, icmallar və filmləri ilə Azərbaycanda idman yayımçılığını yeni səviyyəyə qaldırır. Abunə ol!: Rəsmi saytımız: Canlı yayım: Bizi sosial şəbəkələrdə axtarın: Instagram: Facebook: Telegram: Kanalında yayımlanan videoların müəllif hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhsulların başqa kanallarda icazəsiz yayımlanması qadağandır!
Back to Top