Çexiyada bayrağımızı dalğalandıran cüdoçu - BAKU TV

Çexiyada bayrağımızı dalğalandıran cüdoçu - BAKU TV Çexiyanın Teplis şəhərində keçirilən və 39 ölkədən 920 idmançının qatıldığı сüdo üzrə Avropa Kuboku yarışında Azərbaycan idmançıları da yüksək nəticə göstərib. Onların arasında İsmayıllı rayon sakini Ayxan Mirzəzadə də var. Aprelin 19-da Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov idmançımızla görüşüb. Rayon rəhbəri idmançı ilə görüşdə beynəlxalq yarışda əldə edilən uğurdan danışıb, ona gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, Ayxan Mirzəzadə 55 kq çəki üzrə qatıldığı yarışda 6 görüş keçirib ki, onlardan 5-i qələbə ilə nəticələnib. Yarımfinalda braziliyalı idmançı ilə tatami üzərinə çıxan idmançımız tam qələbə qazanaraq finala yüksəlib. Finalda isə qələbəni əldən verən Ayxan ikinci yerə layiq görülərək gümüş medal qazanıb. Hazırda yığma komandanın tərkibində məşqlərini davam etdirən Ayxan yayda keçiriləcək yeniyetmələrin Avropa və Dünya birinciliklərinə hazırlaşır. Çexiyada bayrağımızı dalğalandıran cüdoçu © 2023 © All Rights Reserved ℗ Baku TV #cexiya #azerbaycan #cudo
Back to Top