Qaraqan — Mərcan Ağacı

İlanın Günəşi Yediyi Boy Sözlərin mənası ətraflı: Birinci Dərəcəyə Qoşul — İntibah səndən başlayır! Instagram Spotify X İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin Rəsmi saytımız: ________________________________________________________ Mərcan Ağacı Doğma olsa da səsim Aldanma küyə, biz səninlə tanış deyilik Mən yoldaşı heç kəsin Yolum elə uzun bir neçə ömürdü gedirəm Yaranır yeni yaratıq İçim qırx otaq, qırx qapı — hər birində div yatır Çıxart pencəyini isti olacaq Məlikməmmədin quyusuna enirik Ruhdan düşmüşlərə həb ruhu zamanın Yağış olum bağrına quru Aranın Olum haramın, olum qadağanın Uzaq qəribin, qəribə adamın, səsi Yaradanın Sanki dumana qarşı işıqları faranın Yolun azanda karvanın olum sarvanın Mən yuxusuyam Brahmanın Babilin qapılarındakı aslanlar üzür boynun Daranın Mənim içimdə Yeddi Gözəl, Oniki Boy, Qırx Şikəstə, İyirmi Soy Mənim içimdə Sinəsi qarlı, başı dumanlı, gözü tufanlı, dəlisi qanlı Çənlibeldə bu gün toy Hoydu dəlilərim, hoydu! Qırx qazan yedi doydu! Qaçaq qulduru soydu! Hasan gözlərin oydu! Yazdı Tanrı, oxudu tar Pəncəm əlcək oldu dar Çəkdi nərə Gəncə, qorxdu çar Kür qırağın əcəb seyrangahı var Xarı bülbülün səsi Sirrlərin xəzinəsi Hər yükün öz Fitnəsi Xüdafərin, Şimal, Cənub, Şərqlə Qərb Birləşdi Kürlə Araz Köhnə nəsil, yeni nəsil Mənim içimdə Leyli Məcnunun yanında Kərəm Əslinin yanında Müşfiq dincəlir bağında Rövşən Misrinin yanında Çırpınan bir dəniz, özümə qarşı döyüş Çaldıran Yanar dağ Zərdüştü yandıran Bir çomaq Bəhr-əl-Əhmarı ayıran Yanan kol həqiqəti bağıran Xeyir ilə Şərin Doğru yalan arası yer var, orda görüşək Atəşböcəyi təkin od vura zəmilərə söz közü Sükut alışa, aşıq alıb sazın danışar Yeniçəri tanır atasını barışar Canım Mərcan Ağacı, uzaqlaşdıqca budaqlarım kökümdən Yarpaqlarım öz qanıma qarışar Mənim içimdə Yeddi Gözəl, Oniki Boy, Qırx Şikəstə, İyirmi Soy Mənim içimdə Sinəsi qarlı, başı dumanlı, gözü tufanlı, dəlisi qanlı Çənlibeldə bu gün toy Hoydu dəlilərim, hoydu! Qırx qazan yedi doydu! Qaçaq qulduru soydu! Hasan gözlərin oydu! Yazdı Tanrı, oxudu tar Pəncəm əlcək oldu dar Çəkdi nərə Gəncə, qorxdu çar Kür qırağın əcəb seyrangahı var Xarı bülbülün səsi Sirrlərin xəzinəsi Hər yükün öz Fitnəsi Xüdafərin, Şimal, Cənub, Şərqlə Qərb Birləşdi Kürlə Araz Köhnə nəsil, yeni nəsil Mənim içimdə Leyli Məcnunun yanında Kərəm Əslinin yanında Müşfiq dincəlir bağında Rövşən Misrinin yanında Çırpınan bir dəniz, özümə qarşı döyüş Çaldıran Yanar dağ Zərdüştü yandıran
Back to Top