S.Cəlaloğlu bu deputatla bağlı OD PÜSKÜRDÜ: “Ə, sən kimsən başından böyük danışırsan?!“

BƏYƏN, PAYLAŞ, ABUNƏ OL Bəhruz Məhərrəmov bugünkü çıxışında meydan hadisələrini şou adlandırıb: “Bu birdəfəlik dərk edilməlidir ki, Azərbaycan xalqının istiqlal yolunda meydan şousunun heç bir rolu olmayıb. Əksinə, xalqının sovetlərə inamı Heydər Əliyevin siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması ilə qırılmış, insanlar məhz Ulu Öndərin portretləri ilə ayağa qalxmışdı. Özünə xalq cəbhəsi deyən, əslində isə Qorbaçovun “yenidənqurma siyasətinin” elementi kimi mərkəzdən idarə olunan qruplaşmanın tribunaları ələ keçirməsi isə hərəkatının məramını dəyişdi, sovet rejimi prosesi arzuladığı istiqamətdə idarə etməyə başladı. O dövrdə Qorbaçov rejimi bütün ittifaq dövlətlərində müstəqilliyə meyilli liderləri hədəfə almışdı, amma Azərbaycan Xalq cəbhəsindən başqa heç bir yerli təsisat öz soydaşına qarşı mərkəzlə birləşmədi, yalnız bu satqınlar Heydər Əliyevə potensial rəqib kimi baxaraq imkanlarını Ulu öndərin fiziki məhvinə səfərbər etmişdilər”. Onun sözlərinə görə, AXC-Müsavat iqtidarı Şuşa və Laçını satıb iqtidara gəlib: “Kəlbəcəri verib hakimiyyətdə qalmağa çalışdılar, 1993-cü ilin yayında isə Heydər Əliyevdən qisas almaq üçün özlərinə bağlı qüvvələri geri çəkməklə Füzuli, Cəbrayıl, Zəngilanı qumara qoydular”. Sabir Rüstəmxanlı B.Məhərrəmova cavabında vurğulayıb ki, bu hərəkatı öz qanında boğan Qorbaçov oldu: “O vaxt Moskvada buna ilk etirazını bildirən də ulu öndər Heydər Əliyev oldu və bütün səsimizi dünyaya çatdırdı. SSRİ-nin dağılmasında ən mühüm rol oynayan hadisələrdən biri Azərbaycan Xalq Hərəkatı idi. İndi tarixdən xəbərsiz, tarixi bilməyən bəzi cavan dostlarımız başda Bəhruz bəy olmaqla (deputat Bəhruz Məhərrəmov –red.) prosesləri bilmir. Bu xalq bizimdir. Sən bu xalqın tarixinə necə istədiyin kimi ləkə vura bilərsən?! AXC-Müsavat hakimiyyətinin bəli qüsurları olub, tənqid edə bilərsən. Amma müstəqillik aktına biz imza atmışıq, biz imzalamışıq və oturmuşuq burada. Ölüb getməmişik. Ölüb gedəndən sonra ürəyiniz istəyən qədər danışarsınız. Zəhmət çəkin, götürün Heydər Əliyevin 13-cü cildliyini oxuyun. Onun Xalq Hərəkatına münasibətini oxuyun. Mənim də kitabım var. Bəli səhvlər oldu və Heydər Əliyev gəldi, çox böyük fəlakətdən xalqı qurtardı. Siz indi kor-koranə danışmaqla olmur. Deputat dediyi sözün məsuliyyətini daşımalıdır. Heydər Əliyevi Rəsulzadəyə və ya başqasına qarşı qoymaq lazım deyil. Hərəsinin öz xidməti var. Rəsulzadə 1918-ci ildə bu dövləti yaratmışdı. Bu bayraq, onlar Rəsulzadənin xidməti idi. Tarix ardıcıllıqdır. Bir tarixi inkişaf etdirmək üçün birini böyüdüb, digərini kiçiltmək olmaz. Heydər Əliyev bütün Azərbaycan şəxsiyyətləri ilə fəxr edirdi. Sən indi başdan tutma hər şeyin üzərindən xətt çəkməklə nə qazanırsan?! Ay cavan oğlan, bununla nə demək istəyirsən?! Mən bir dəfə sənə demişdim ki, bu məsələləri deyəndə adam birinci düşünüb sonra danışar, gözünü yumub ağzını açmaz” ABUNƏ OL: ► ▶ Reaksiya TV Müstəqil Azərbaycanın MİLLİ REAKSİYAsıdır! ▶ Reaksiya TV “Reaksiya Media Group“ MMC - yə daxil olan online televiziyadır ▶Reaksiya TV - yə maddi dəstək olmaq üçün Azərbaycan üçün kart hesabı nömrəsi: 4169 7388 0488 2995 XARİCDƏN DƏSTƏK OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN Rekvizitlər Alan bankın adı Kapital Bank OJSC, Inshaatcilar filiali Filialın kodu 201360 Valyuta AZN VÖEN 9900003611 SWIFT AIIBAZ2X Hesablaşma hesabı AZ18AIIB45010019440815603226 Təyinatda mütləq göstərilməli QARIBOGLU ZAUR QARIB AZ22AIIB38810944009030271226, 38810944009030271226 © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır! © ReaksiyaTV - Hadisələrə milli reaksiya XÜSUSİ QEYD: Verilişlərdə qonaq qismində çıxış edən şəxslərin fikirlərinə görə televiziya məsuliyyət daşımır. Yayımlanan məlumatlarda hər hansısa fiziki yaxud hüquqi şəxsin adı hallanırsa, istənilən şəxs yazılı və yaxud şifahi formada öz mövqeyini televiziyaya çatdıra bilər. İstənilən halda, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. ▶ BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ TAPIN: ✔ FACEBOOK: ✔ INSTAGRAM: ✔ TWITTER: ▶ Reaksiya TV Azərbaycanda hadisələrə milli reaksiya verən internet televiziyasıdır. ABUNƏ OLUN: ► #Keşfet, #Abunəol, #Trend,
Back to Top