Lənkəran üçün darıxanlar izləsin (19 Avqust 2023) Lənkəran küçələrində Avto tur - driving tour 4k

Lankaran City | Azerbaijan Instagram: Lənkəran rayonunun ərazisi Xəzər dənizinin şərq sahillərini və Talış dağlarına qədər olan hissədə bütün Lənkəran ovalığını əhatə edir. Xəzər dənizinin buradakı sahillərində çoxlu rahat qumlu çimərliklər salınmışdır. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. Lənkərançay, Verapvul, Qumbaşı, Boladı çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır. Ərazisinin sahəsi hektar olan Hirkan qoruğu da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq Hirkan Milli Parkina çevrilmişdir. Milli park Astara və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır. Bu yasaqlıq bilavasitə Qızılağac qoruğu ilə həmsərhəddir. Lənkəran rayonunun inzibati mərkəzi Lənkəran şəhəridir. Əhalinin sayı nəfər, Bakıdan məsafsi 268 km-dir.Şəhərin ilkin adı “Ləngərkünan” olmuşdur. Bu sözün mənası lövbərli dayanacaq, yəni liman deməkdir. Lənkərandakı tarixi memarlıq abidələrindən indiyədək salamat qalanlar orijinal fasad naxışları ilə diqqəti cəlb edən Xan evi, Kiçik qala məscidi, Güldəstə minarəsi və qədim Hacı Mirzə hamamıdır. Şəhərdəki tarix muzeyinə baş çəksəniz bu diyarın tarixi ilə tanış ola bilərsiniz. Muzeyin özünün binası da memarlıq baxımından çox maraqlıdır. Şəhərdə dekorativ-tətbiqi sənət emalatxanaları çoxdur. Orada çılışanlar ağac, daş və metal üzərində oyma sənəti ilə məşğul olur. Lənkəranın ətrafındakı memarlıq və tarix abidələrindən bir qismi zəmanəmizə qədər salamat qalmışdır xarabaları qalmışdır. #driwalk #driving #drivingtour #city #summer2023 #lankaran #azərbaycan #lankon #yollar #yollarazerbaijan #kuce #küçə #asvalt #talish #gecələr #night #işıqlar #nature #khanbulan Ленкорань Азербайджан Lenkaran Lankaran Lenkoran Lənkəran yolları Lənkəran küçələri (Kuceleri) Driving Downtown Lenkeran kucelerinde avto tur 2023
Back to Top