Azərbaycan Ordusunda qış mövsümünə hazırlıq prosesi başlayıb

Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində qış mövsümünə hazırlıqla əlaqədar təchizat və təminat işləri başlayıb. Hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümünə uyğun istismar şəraitinə keçidi təşkil olunub. Döyüş növbətçiliyi yerinə yetirən hərbi qulluqçuların ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun şəkildə döyüş mövqelərinə çatdırılıb. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərimizdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb. İşğaldan azad edilən ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun bölmələri də qış mövsümünə tam hazırdır. Şəxsi heyətin təchizat və təminatı qış ayları ərzində heç bir problem və çətinlik çəkmədən xidmət aparmağa imkan verəcək. Qış istismar rejiminə keçidlə əlaqədar sərt iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyü
Back to Top