Ərdoğan kimsənin bacarmadığını etdi - BAKU TV

Ərdoğan kimsənin bacarmadığını etdi - BAKU TV Aktual xəbərlərimiz Sentyabrın 21-i Rusiya ilə əsir mübadiləsi zamanı dəyişdirilən 5 ukraynalı komandir müharibə bitənə qədər ölkəyə qayıtmayacaq. Bunu xalqa videomüraciətində Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onların “Müxalifət Platforması - Həyat naminə” birliyinin liderlərindən biri Viktor Medvedçukla dəyişdirildiyi qeyd olunur. “200 əsgərdən əlavə, daha beş döyüş komandirini geri qaytardıq. Bunlar 5 qəhrəmandır. Onların müqabilində nə rəhmə, nə rəğbətə, nə də heç bir xoş sözə layiq olmayanlardan 55-ni verdik”, - deyə V. Zelenski deyib. Prezident həmçinin bildirib ki, Ukrayna Türkiyə ilə razılaşıb ki, azad edilən komandirlər müharibənin sonuna qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsində olacaqlar. “Bu barədə Prezident Ərdoğanla danışdım ki, əsirlikdən azad edilən 5 Azovstal komandirimiz tam təhlükəsiz və rahat şəraitdə Türkiyə Prezidentinin şəxsi himayəsində olacaq, lakin onlar ailələri ilə də görüşə bilərlər”, - deyə Ukrayna lideri vurğulayıb. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Ərdoğan kimsənin bacarmadığını etdi #ukraynaliesirler #erdogan #turkiyeprezidenti #bakutvxeber #bakutv #bakutvnews
Back to Top