“Xanoba” buraxılış məntəqəsi istifadəyə verildi
Martın 17-də Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsi istifadəyə verilib. “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində tikinti işləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Dağıstan Respublikası Hökumətinin sədri Abdulmüslüm Abdulmüslümov və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Xaçmaz şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə əklil qoyulub.
İki ölkənin dövlət sərhədində yerləşən “Samur” və “Yaraq-Qazmalar” gömrük-keçid məntəqələrində olan nümayəndə heyətinin üzvləri sərhədkeçmə prosesləri, buraxılış qabiliyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.
1 view
63
14
2 years ago 00:02:17 1
“Xanoba” keçid məntəqəsi istifadəyə verildi
2 years ago 00:00:48 12
“Xanoba” buraxılış məntəqəsi bu gündən istifadəyə veriləcək