Desinlər...
Bu bir adətidir şirinləblərin,
Bəzən sözlərini acı desinlər.
Çox ciddi edərlər öz tələblərin,
Ki onlara başın tacı desinlər.
Oxla yar, nəbadə, qəfil kürəyi,
Oxla, yar sinəmi, çıxart ürəyi.
Kabab çəkməyinin yoxsa gərəyi
Qoy ordan sifariş sacı desinlər.
Həyat şux nəğmədi sənli çağıyla,
Əvəz olunmasın nəğməm ağıyla.
Nə bir ana qalsın bala dağıyla,
Nə bir, saçın yolur bacı, desinlər.
Mən şikar olunca qara qaşına,
Sən çevril Məkkənin qara daşına,
Mən də ümrə gəlib, dönüm başına,
Mirfayaz da oldu Hacı, desinlər..
Mirfayaz Likməkani
#ədəbiyyat #mirfayazlikmekani
#əruz #şeir #qəzəl #heca #reels