Ucalanda təmiz adla ucalaq, qocalsaqda kişi kimi qocalaq - Bağman Salmanov

Arzum budur yerin göyün sahibi Ləyaqəti əlimizdən almasın İnsanlara qardaş olaq, dost olaq Sədaqəti əlimizdən almasın Yaxşılardan qüvvət alaq, güc alaq Ucalanda təmiz adla ucalaq, Qocalsaqda kişi kimi qocalaq Cəsarəti əlimizdən almasın El içində bükülməsin belimiz Xar əlindən inləməsin günümüz Haqq yolunda lal olmasın dilimiz Həqiqəti əlimizdən almasın Başımıza qəç yağışı tökməsin Qəlbimizdə dərd ağacı əkməsin Çorək ilə imtahana çəkməsin Bərəkəti əlimizdən almasın Əlimizi ətəyindən üzməsin Aramıza hicran yeli əsməsin Sevənlə
Back to Top