Ermənilərin ölü sayı 7-yə çatdı - Baku TV

Ermənilərin ölü sayı 7-yə çatdı - Baku TV Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatı nəticəsində baş verən döyüş əməliyyatlarında məhv edilmiş erməni hərbçilərin sayı 6-ya çatıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Onların adları da açıqlanıb: baş leytenant Taron Saakyan, müqaviləli əsgərlər Merujan Arutyunyan, Qurgen Sarkisyan, Artur Martirosyan, David Amiryan. Daha bir hərbçinin şəxsiyyəti isə müəyyənləşdirilir. Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə Nazirliyi 1 hərbçisinin öldüyünü, 24-nün itkin, 13-nün isə əsir düşdüyünü bildirmişdi. Həmçinin Rusiyanın vasitəçiliyi və iştirakı ilə itkin düşmüş şəxslərin müəyyən edilməsi, əsirlərin qaytarılması istiqamətində intensiv işlər aparıldığı bildirilib. Xatırladaq ki, noyabrın 17-də sülhməramlı kontingentin keçmiş komandanı Rüstəm Muradov bir erməni əsgərinin meyitini Bakıdan İrəvana çatdırıb. ________________________________ Pulsuz Elanlar: Website: Bizi izləyin: https://bit
Back to Top