Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın - Baku TV

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın - Baku TV Rusiyanın Perm Dövlət Universitetində terror aktı baş verib. Naməlum şəxs universitetə daxil olaraq odlu silahlardan atəş açmağa başlayıb. Qeyd edilir ki, tələbələrdən bəziləri özlərini qorumaq məqsədi ilə qapıları bağlayaraq otaqlarda gizləniblər. Əksəriyyəti isə canlarını qurtarmaq üçün binanın pəncərəsindən özlərini atıblar. Baş verən hadisənin görüntüləri qısa zamanda sosial mediada yayılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının artıq hadisə yerində olduğu bildirilir. Universitetin mətbuat xidmətindən bildirilib ki, baş verən atışma nəticəsində tələbə və müəllimlər arasında zərərçəkənlər və ölənlər var. Son məlumata görə, 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya t
Back to Top