Mənim tənha qoyub,gedən əzizim.
Sənsiz yaşamaqdan,məna görmürəm.
Elə bil tutulub tamam,sağ gözüm.
Bir gözlə necədir, dünya,görmürəm....
Qışı qış görmürəm, yazı-yaz gülüm.
Toyu-toy görmürəm, yası-yas gülüm.
Dolaşıb ünvanım, işim, mənzilim.
Gündüzdür, gecədir, dünya görmürəm....
Həyat gözlərimdə, gözündən batıb.
Az qala yadımdan çıxıbdır adım.
İtibdir hər şeyin ləzzəti, dadı.
Şirindir-acıdır, dünya bilmirəm....