Milli Qəhrəman Fred Asifin oğlu dünya çempionu olub - BAKU TV

Milli Qəhrəman Fred Asifin oğlu dünya çempionu olub - BAKU TV Aktual xəbərlərimiz Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin oğlu Azər Məhərrəmov dünya çempionu olub. O, Fransanın Dyepp şəhərində keçirilən turnirdə parlaq çıxışı ilə diqqət çəkib. Bütün rəqiblərini məğlub edən azərbaycanlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mükafatlandırılma mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Qeyd edək ki, dünya çempionatında qələbə sayəsində Azər ABŞ-də baş tutacaq “World Arnold Classic“ yarışında iştirak hüququ qazanıb. Xatırladaq ki, qol güləşçimiz bir müddət əvvəl Polşanın Rumya şəhərində keçirilən Avropa çempionatında da 1-ci yeri tutub. 105 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan A.Məhərrəmov həlledici görüşdə polşalı Dariuş Popilekə qalib gəlib. Baku TV dünyanın hər yerindən ən aktual və mühüm xəbərləri yayımlayan xəbər agentliyidir. Öz məzmunumuzdan əlavə, müəllif hüququ ilə qorunan xarici məzmundan istifadə etməyimiz kommersiya məqsədi daşımır. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Milli Qəhrəman Fred Asifin oğlu Dünya çempionu olub #milliqehreman #dunyacempionu #azermeherremov #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top