“Unudulmazlar“ mobil tətbiqi və “Vətən dastanı“ filmi qəhrəmanları tanıdacaq - Baku TV

“Unudulmazlar“ mobil tətbiqi və “Vətən dastanı“ filmi qəhrəmanları tanıdacaq - Baku TV Qəhrəmanlıq göstərərək Vətənin, torpaqların bütövlüyü uğrunda canından keçən şəhidlərimiz və şücaət göstərərək xəsarət alan qazilərimiz xalqın qürur mənbəyidir. Bu tarixi əbədiləşdirmək və gələcək nəsillərə ötürmək üçün davamlı tədbirlər, layihələr həyata keçirilir. Elə Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə hazırlanan, şəhid və qazilərimiz haqqında məlumatları özündə cəmləşdirən “Unudulmazlar” mobil tətbiqi və “Vətən Dastanı” filmi də 44 günlük şanlı tarixi bir daha yaddaşlara yazmaq üçündür. “Unudulmazlar” mobil tətbiqi ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, bu döyüşlərin qaziləri haqqında ətraflı məlumat əldə etməyə imkan yaradır. Tətbiqdə hərbçilərin döyüş yolu, təltif və medalları barədə məlumatlar da yer alır. Film istehsalçılarının sözlərinə görə, ərsəyə gələn ekran əsəri 11 qazinin timsalında Vətən müharibəsində baş verən hadisələri əks etdir
Back to Top