Bloger “Nikosayağı“nın düşdüyü dəhşətli qəzanın təfərrüatı

Bloger “Nikosayağı“nın düşdüyü dəhşətli qəzanın təfərrüatı Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Porsche“ markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yük maşınına çırpıb. Minik avtomobili yararsız vəziyyətə düşüb. İlkin məlumata görə, minik avtomobilini “Nikosayağı“ kimi tanınan bloger Nicat Şakirli idarə edib. O və avtomobildə olan digər sərnişin ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisə nəticəsində xəsarət alan vətəndaş 29 yaş Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Fəxri Rüstəmov sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmət göstərilib. Qəza nəticəsində 1 nəfərin isə öldüyü bildirilib. Həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub. O, ayağından xəsarət alıb. Abunə ol ☛ ❂❂❂❂❂ ❂❂❂❂❂ Bloger “Nikosayağı“nın düşdüyü dəhşətli qəzanın təfərrüatı ❂❂❂❂❂ 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #nikosayağı #bloger #qəza #heydərəliyevprospekti #nicatşakirli #porsche #təbib #amputasiya #hadisə#sonxəbər #sonxəbərlər #xəbər #xəbərlər #xəbərlərbugün #xeberler #xəbər #gündəm #azerbaycan #azerbaijan #sondəqiqə #sondeqiqe #sonxeberler #sonxəbərlər #gundemxeberler #xəbərləryeni #xəbərlərdəbugün #gününxəbərləri #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #xeberlersondeqiqe2023 #ensonxeberler2023bugün
Back to Top