Gözüyaşlı ermənilər: Hara gedək? - Baku TV
Ermənistanın Azərbaycanla sərhəd kəndlərində yaşayan ermənilər aciz durumdadır.
Belə ki, “Azatutyun” radiosunun çəkiliş qrupu sərhəddəki Kut (Zərkənd) kəndinə gedib. Onlar iddia edir ki, Azərbaycan əsgərləri bura yaxın ərazidə mövqe qurub.
Kəndin bələdiyyə sədri bildirib ki, son günlərdə təhlükəsizlik baxımından Zod mədənindən 250 nəfər işçi təxliyə edilib.
Süjetdə bildirilir ki, kəndin əsas gəlir qaynağı heyvandarlıqdır. Ancaq indi əhalinin vəziyyəti acınacaqlıdır. Deyilənə görə, Zod, Kut (Zərkənd), Norabak (Qaraqoyunlu) kəndlərinin otlaq sahələrində də Azərbaycan əsgərləri yerləşiblər. Artıq nə heyvan saxlamaq sərf edir, nə də onu satmaq.
Beləliklə, artıq neçənci dəfədir ki, erməni mediası sərhəddə yaşayan vətəndaşlarının hökumət tərəfindən atıldığını qeyd edir. Görünən odur ki, yaxın vaxtlarda da vəziyyət düzəlməyəcək.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriya