Ukraynalı nazirin öldüyü ərazidən eksklüziv görüntülər - BAKU TV

Ukraynalı nazirin öldüyü ərazidən eksklüziv görüntülər - BAKU TV Sosial şəbəkələrimiz Yanvarın 18-də səhər saatlarında Kiyev vilayətinin Brovarı şəhərində uşaq bağçasının yaxınlığında helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 3-ü uşaq olmaqla azı 19 nəfər ölüb. Məlumata görə, Brovarıda qəzaya uğrayan helikopterin göyərtəsində Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi də olub. Baku TV-nin Ukraynadakı əməkdaşı Mübariz Aslanov hadisənin baş verdiyi ərazidə olub. Görüntülərdə xilasedicilərin həlak olanların meyitlərini ərazidən çıxardığı və dağıntılar altında qalanların axtarışını davam etdirdiyi əks olunub. Jurnalist qeyd edib ki, həlak olan rəsmilərdən birinin meyiti də dağıntılar altından çıxarılıb Ukraynalı nazirin öldüyü ərazidən eksklüziv görüntülər © 2022 © All Rights Reserved ℗ Baku TV
Back to Top