İşgüzar səfər (1982)

12 Kənddə yaşayan Ənvər şəhəri və şəhərliləri sevmir. Bakıya işgüzar səfər zamanı Ənvər vaxtilə atasını narazı salmış adamla görüşür və başa düşür ki, şəhərli heç də onun atasına pis münasibət bəsləməyib. Lakin Ənvərin şəhərə münasibəti Toma adlı qızla tanışlıqdan sonra tamam dəyişir və gənclərin arasında qarşılıqlı hörmət hissi yaranır. Film Rüstəm İbrahimbəyovun “İşgüzar səfər” povestinin motivləri əsasında çəkilib. İstehsalçı: Azərbaycanfilm İlk baxış tarixi: Tamaşaçı sayı: 1 200 000 nəfər Texniki göstəricilər: 35 mm, 21:9 Janr: dram Rejissor: Rasim İsmayılov Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Operator: Hüseyn Mehdiyev Rəssam: Rafis İsmayılov Bəstəkar: Polad Bülbüloğlu Rollarda: Fəxrəddin Manafov (Ənvər), Rəsmi Cəbrayılov (Bayramov), Svetlana Rodina (Toma), Fikrət Məmmədov (Həmid), Hacı İsmayılov (Oqtay), Hicran Mehbalıyeva (Ramizin arvadı), Məbud Məhərrəmov (Ramiz), Süleyman Ələsgərov (qoca), Sona Aslanova, Siddiqə Heydərova (Firuzə xala), Bahadur Əliyev (kənd sakini), Mayak Kərimov (kənd sakini), Bəxtiyar Xanızadə (kənd sakini), Cahangir Aslanoğlu (Surət Rzayeviç), Rafiq Əliyev (Rafiq), Fərhad Hüseynov (qonşu), Zemfira İsmayılova (Roza), Tələt Rəhmanov (dəfndəki adam), Gündüz Abbasov (dəfndəki adam), , Aydın Mahmudbəyov, Toğrul Cuvarlı, , Zemfira Sadıqova (Gülsüm), Akif Musayev
Back to Top