Vətən Müharibəsinin 39-cu günü: 4 noyabrda nələr baş verdi?

#APATV #VətənMüharibəsi #39cugün #4noyabr 4 noyabr 2020-ci il. Müharibə dəhşətlidir. Müharibə insan və insanlıq əleyhinə ən kəskin silahdır. Amma təəssüf ki, yerləşdiyimiz coğrafiya, hər zaman üzərimizdə olan yadelli basqınları, ən əsası Ermənistan kimi insanlıq məfhumundan kənar qonşumuzun olması zaman-zaman bizləri də müharibənin içinə sürükləyib. Doğma torpaqlarımızda qanlar axıdılıb, minlərlə vətən övladı şəhid olub. Elə 44 günlük Vətən Müharibəsi də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaş idi. Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizi və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu. Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edirdi. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur olmuşdu. Sutka ərzində düşmənin xeyli sayda
Back to Top