Quba-Qusar yolu buz bağladı, maşınların hərəkəti çətinləşdi

Quba-Qusar yolu buz bağladı, maşınların hərəkəti çətinləşdi Dekabrın 17-si səhər saatlarından başlayaraq Şimal bölgəsində müşahidə olunan qarlı-şaxtalı hava səbəbindən yollarda avtomobillərin hərəkəti çətinləşib. Hazırda Quba-Qusar yolunun bəzi hissələri və Qubadan dağ kəndlərinə gedən bəzi yollar buz bağlayıb. Nəqliyyat vasitələri xüsusilə Qusar rayonundan Quba istiqamətinə çıxışdakı yoxuşlarda çətinliklə üzləşirlər. Yollarda qalan avtomobillər var. Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları əraziyə cəlb olunublar. Yolun hərəkət hissəsi qardan təmizlənərək qum-duz qarışığı səpilir. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Qusar yolundan istifadə etməsi tövsiyə olunmur. Hazırda Qusarın rayon mərkəzində 3-4 sm, Qubada isə 2 sm-ə qədər qar var. Səhər saatlarından başlayan qar hazırda yağmağa davam edir. Bizi WhatsApp-da izləyin Arzunun vaxtı ↵ Qapqara ↵ Aydın tarix ↵ Quba-Qusar yolu buz bağladı, maşınların hərəkəti çətinləşdi 2023 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #Qubayolu #Qusaryolu #buz #qar #güclüqar #yollarbuzbağladı #QubaQusaryolu #bölgəxəbərləri #bakutv #azerbaycan #trend #sonxeber #xeber #haber #news #sondakika #новости #bakutvxeber #bakutvxəbərlər
Back to Top