Paralimpiya mükafatçılarımız Vətəndə belə qarşılandı

Paralimpiya mükafatçılarımız Vətəndə belə qarşılandı Paris-2024 Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən Azərbaycan millisinin kişilərdən ibarət parataekvondoçuları Vətənə qayıdıblar. İdmançılar Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində jurnalistlərə açıqlama veriblər. Yay Paralimpiya Oyunlarının ilk qızıl mükafatçısı İmaməddin Xəlilov qələbəsini ölkəmizin bütün şəhid ailələrini həsr edib. “Özümə çox güvənirdim. Bilirdim ki, mən çempion olacağam. Özümlə qürur duyuram”, – İ.Xəlilov söyləyib. Paralimpiya Oyunlarını bürünc medalla başa vuran Azərbaycan millisinin taekvondoçusu Sabir Zeynalov 4 il sonra qızıl medalın sahibi olmaq üçün əlindən gələni edəcəyini bildirib. “Hədəfim çempionluq idi. Lakin bəzi səhvlərimə görə bu alınmadı. Düzdür, məyus oldum. Amma səhvlərdən dərs çıxarmaq lazımdır”, – o qeyd edib. Bizi WhatsApp-da izləyin ARZUNUN VAXTI ➧ QAPQARA ➧ AYDIN TARİX ➧ ORALARDA NECƏDİR? ➧ O VAXTLAR ➧ SONUNCU ŞAHİD ➧ BAKU ANALİTİK ➧ BAKU MED ➧ RƏSMİLƏR ➧ BAKU AKTUAL ➧ RETRO BAKU ➧ ARAŞDIRMA ➧ 44 GÜN ƏSGƏR RƏŞADLA ➧ QARABAĞ XRONİKASI ➧ QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ Paralimpiya mükafatçılarımız Vətəndə belə qarşılandı 2024 © All Rights Reserved ℗ “Baku TV“ LLC ™ #bakutv #paralimpiyaçempionu #imaməddinxəlilov #paralimpiya #vətən #qələbə #şəhidailələri #mükafatçı #idmanxəbərləri
Back to Top