Bakıda Retro Maşınların Paradı - [nostalji maşınlar]

Noyabrın 9-da Bakıda klassik avtomobillərin paradı keçirilib. Paradı Azərbaycan Avtomobil Federasiyası təşkil edib. Klassik avtomobilləri olan və qeydiyyatdan keçən vətəndaşların avtomobili bu gün səhər saatlarından Heydər Əliyev Mərkəzinin qarşısında toplaşıblar. Avtomobil sahibləri Bakı şəhərində dövrə vuraraq yürüşü Dövlət Bayraq Meydanınadək davam etdiriblər. Paradda ümumilikdə 40-a yaxın avtomobil iştirak edib.
Back to Top