Yunan-Roma güləşçilərimiz Macarıstanda təlim-məşq toplanışı keçir

Olimpiadaya lisenziya qazanan Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) millimizin baş məşqçisi Aleksandr Tarakanovun rəhbərliyi altında Macarıstanda təlim-məşq toplanışı keçir. Yerli yığma komandayla birgə keçirilən hazırlıq prosesi başa çatdıqdan sonra pəhləvanlarımız iyunun 8-dən 13-dək Polşanın paytaxtı Varşavada keçiriləcək reytinq turnirində iştirak edəcək.
Back to Top