İran səhvini niyə düzəltmir? - BAKU TV
İranda küçələrdən birinə “Şuşi” adı verilməsi bu ölkədəki səfirimizin haqlı narazılığına səbəb olub. Məsələ ilə bağlı diplomat Əli Əlizadə İranın “IRIB” xəbər agentliyinə müsahibəsində maraqlı açıqlamalar verib.
“Azərbaycan torpağı olan Şuşanın adını hansısa küçədə yanlış olaraq “Şuşi” kimi qeyd etmək, sözsüz ki, hər iki ölkənin xalqı tərəfindən xoş qarşılanmır. Gərək bunlara diqqət edib, həssas məsələlərdə bir-birimizin fikirlərini nəzərə alaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ilin noyabrında Tehran meriyası şəhərdəki bir sıra küçələrin adlarına Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasını qoyub, məsələn Bakı yerinə “Badikübə”, Şuşa yerinə isə “Şuşi”. Buna etiraz olaraq soydaşlarımız həmin küçə lövhələrini silərək üzərində “Azərbaycan” yazıblar.
Qeyd edək ki, küçələrin adlarına hələ də düzəliş edilməyib.
Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə
NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib.
Baku TV
15 views
24
11
2 years ago 00:53:08 2
Azərbaycanın siyasi rəhbərliyi İrana qarşı münasibətə tarixi səhvini etdi - OTV(#267)