Xarici İşlər Nazirliyi Ermənistanın iddialarına cavab verdi - Baku TV

Xarici İşlər Nazirliyi Ermənistanın iddialarına cavab verdi - Baku TV Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib. Nazirlik rəsmisi Ermənistan XİN-in Laçın rayonunda Azərbaycan və Türkiyə birgə təlimlərinin keçirilməsinin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olmadığı, sülh və təhlükəsizliyə xələl gətirdiyi barədə iddiasına münasibət bildirib. “Əgər Ermənistan bölgədə sülh və təhlükəsiziyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir” - deyə nazirlik rəsmisi bildirib. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir. Facebookda səhifəm
Back to Top