Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir

Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir - VİDEO Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir. Toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib. Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir. Təlim toplanışı yanvarın 29-dək davam edəcək. ____ Продолжаются учебные сборы военнообязанных - ВИДЕО В соответствии с утвержденным Министром обороны планом подготовки на 2022 год, в Н-ской воинской части продолжаются учебные сборы, проводимые в целях совершенствования боевых навыков военнообязанных запаса. На сборах б
Back to Top