Azərbaycan UNESCO-nun komitəsinə üzv seçildi - Baku TV

Azərbaycan UNESCO-nun komitəsinə üzv seçildi - Baku TV 30 noyabr-1 dekabr tarixlərində UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclas çərçivəsində UNESCO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib. Komitə üzvlüyünə Azərbaycanın da namizədliyi irəli sürülüb və səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə ölkəmiz növbəti 4 il müddətinə komitəyə üzv seçilib. Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına da üzv seçilib. Hər iki seçkilərdə əldə edilən yüksək səs sayına əsaslanan qələbələr Azərbaycanın UNESCO dəyərlərinə sadiqliyinin beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilməsinin göstəricisidir. ________________________________ Pulsuz Elanlar: Website: Bizi
Back to Top