Ordumuz Laçında təlimlərə başladı - Baku TV

Ordumuz Laçında təlimlərə başladı - Baku TV Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirıiyindən verilən məlumata görə, təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsi ilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır. Xatırladaq ki, bundan əvvəl Laçında Azərbaycanla Türkiyə arasında bağlanan hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən birgə hərbi təlimlər də baş tutub. Təlimlərdə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması tapşırıqları icra olunub. ________________________________ Pulsuz Elanlar: Website: Bizi izləyin: **** Bizi Sosial Şəbəkələrdə izləyin Facebook: Instagram:
Back to Top