Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Avtomobil yolunun uzunluğu 12 km-dir və 4 hərəkət zolaqlı olacaq.
Yolun hərəkət hissəsinin eni müvafiq olaraq 14 metr təşkil edəcək.
Yol başlanğıcını “Zəfər Yolu”ndan götürməklə yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut yoluna birləşir.
Avtomobil yolunda hazırda torpaq işləri icra olunur:
- yolun genişləndirilərək profilə salınması,
- yeni torpaq yatağının inşası işləri həyata keçirilir.
- Əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Artıq ilk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 50% icra olunub.
Avtomobil yolunda torpaq yatağının inşası ilə yanaşı:
- yol boyu müxtəlif diametlərə malik suötürücü boruların,
- 1 dördbucaqlı su keçidinin tikintisi də layihə üzrə aparılır.
- Yolun 6.7 km-də iki aşırımlı körpünün inşası nəzərdə tutulub.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən həyata keçirilir.
Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
24 views
160
21
3 years ago 00:03:21 3
Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam edir
3 years ago 00:00:36 24
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir