Dolu (2012)

12 Film Qarabağ savaşına və bu savaşda son damla qanınadək vuruşanlara həsr olunub. Kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkiliblər. Film Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilib. Filmin çəkilişləri İsmayıllı, Ağcabədi, Ağdam, Xızı, Sumqayıt, Şəmkir və Bakıda aparılıb. Filmin büdcəsi 1,3 milyon manatdır. Rejissor: Elxan Cəfərov Ssenari müəllifi: Aqil Abbas Operator: Nadir Mehdiyev Rəssam: Rafiq Nəsirov Bəstəkar: Polad Bülbüloğlu Rollarda: Məmmədsəfa Qasımov (komandir), Rza Rzayev (Drakon), Elvin Əhmədov (Pələng), Fuad Poladov (katib), Gülzar Qurbanova (Pələngin anası), Şamil Süleymanov (müəllim), Fərhad İsrafilov (milis rəisi) İstehsalçı: Azərbaycanfilm İlk baxış tarixi: Janr: döyüş, müharibə Mükafatlar: Zirvə mükafatı (2013, Bakı) I Qızıl Pəri Mükafatları - ən yaxşı rejissor Elxan Cəfərov (2015, Bakı) I Qızıl Pəri Mükafatları - ən yaxşı operator Nadir Mehdiyev (2015, Bakı)
Back to Top