Kişilər “dekret“ə çıxacaq - BAKU TV

Kişilər “dekret“ə çıxacaq - BAKU TV Azərbaycanda kişilərə atalıq məzuniyyətinin verilməsi məsələsi müzakirə olunur. Bununla bağlı artıq yeni qanun layihəsi hazırlanıb və müzakirəyə çıxarılıb. Qanun layihəsi təsdiqlənsə, kişilər tam ödənişli əsaslarla 14 gün müddətində atalıq məzuniyyətindən yararlana biləcəklər. Atalıq məzuniyyəti əksər xarici ölkələrdə tətbiq olunur. Məsələn, Norveçdə bu məzuniyyət məcburidir və 14 həftəlikdir. İsveçdə də kişilər məcburi olaraq 2 ay atalıq məzuniyyətinə çıxır. Amerikada bu müddət orta hesabla 10-12 həftə, Asiya ölkələrində isə 8-10 həftə arasında dəyişir. Pulsuz Elanlar: Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və rus dillərində cəmiyyətə çatdırmaqdır. Twitter: https://www
Back to Top