“Tofiq Yaqublunun həbsinə əmr verən İlham Əliyevdir“ - Nigar Həzi
Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmədə Tofiq Yaqublu bildirib ki, Penitensiar Xidmətin əməkdaşları onun müdafiə hüququnu pozurlar. Siyasətçinin istintaq materialları ilə əlaqədar apardığı qeydlərlə bağlı yazdığı vərəqlər əlindən alınır. Vəkil Aqil Layıc bununla bağlı vəsatət verib. Məhkəmə Tofiq Yaqublunun sənədlərinin geri verilməsi ilə bağlı vəsatəti təmin edib.
Tofiq Yaqublun qızı Nigar Həzinin sözlərinə görə, məhkəmədə jurnalistlərin çəkiliş etməyinə icazə verilmir, lakin başqa proseslərdə jurnalistlərin çəkiliş etməsi təmin olunur:
“Əgər siz haqlı tərəfsinizsə və deyirsinizsə ki, Tofiq Yaqublu mənim pulumu mənimsəyib, çıxın mətbuat önünə. Jurnalistlərə deyin ki, Tofiq Yaqublu mənə 1 günə Almaniya vizası və Almaniyada oturum söz verib. Zərərçəkmiş kimi tanınan şəxs məhkəmədən hakimlərin çıxdığı arxa qapıdan çıxır. Burada bir zərərçəkən var, o da Tofiq Yaqubludur. İki prosesdə hakim jurnalistlərə icazə verdi ki, 2-3 kadr götürsün, foto çəksin, amma sonra hakimlərə təpindilər, artıq icazə verilmir”.
Məhkəmə vəkil Aqil Layıcın verdiyi daha bir vəsatəti təmin edib. Vəsatət zərərçəkmiş kimi tanınan Elşən Hüseynovun gəlirlərinin mənbəyi ilə bağlı olub.
Növbəti məhkəmə prosesi avqustun 23-ə təyin olunub.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin (külli miqdarda ziyan vurmaqla dələduzluq), (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.
Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Bizi digər sosial şəbəkələrdə izləyin.
Çəkin göndərin yayımlayaq - Whatsapp: 994 55 785 20 93 (Nurlan Libre)
1 view
2295
870
4 months ago 00:01:00 1
“Tofiq Yaqublunun həbsinə əmr verən İlham Əliyevdir“ - Nigar Həzi
2 years ago 00:02:45 1
Vilayət Eyvazov Tofiq Yaqublunun döyülməsi haqda nə deyib? Görüş olub
3 years ago 00:00:00 1
Tofiq Yaqublunun döyülməsi və yaxud toplananların yerini dəyişdirəndə...
4 years ago 00:02:47 1
Tofiq Yaqublunun məhkəmə baxışı təxirə salınıb
4 years ago 00:00:00 1
Əli Kərimli Tofiq Yaqublunu ziyarətə gəldi: TOFİQ YAQUBLUNUN EVİNDƏN-CANLI
4 years ago 00:07:04 1
Tofiq Yaqublu ilə bağlı ən son xəbər
4 years ago 00:14:57 1
Anar Məmmədli: Hökumət Tofiq Yaqublunun həbsinə ictimai etirazlardan dərs çıxarmaldır
4 years ago 00:08:12 1
Polis Tofiq Yaqubluya dəstək aksiyasının onlarla iştirakçısını saxlayıb
4 years ago 00:11:05 1
Bir qrup AXCP üzvü Tofiq Yaqublunun həbs olunmasına etiraz olaraq ağızlarını və qollarını bağlayaraq
4 years ago 00:48:58 1
TƏCİLİ Tofiq Yaqubluya 4il 3 ay həbs cəzası verildi məhkəməsi Əli Kərimli və Arif Hacılı Nigar hezi
4 years ago 00:05:48 1
Tofiq Yaqublunun məhkəməsi keçirilib. Qızı Nigar Həzi bu gün olanlardan danışdı. PAYLAŞ
5 years ago 00:01:55 1
TOFİQ YAQUBLUNUN HAMIMIZA SUALI VAR
5 years ago 00:10:05 1
“Dedilər, oğlunu öldürüb qızının yanına göndərərik“ - Tofiq Yaqublunun evində
5 years ago 00:01:35 1
Tofiq Yaqublu həbsdə qaldı - 2 noyabr 2019
5 years ago 00:01:17 1
Tofiq Yaqublunun daşı məhkəmənin başına düşdü...
5 years ago 00:14:10 1
Mitinqdən əvvəl mülkü geyimlilər məhkəmə qarşısında adam qaçırdırlar - SON DƏQİQƏ xəbərləri
5 years ago 00:11:24 277
“Uşağı necə döydülər, çırpdılar yerə“, Milli Şuranın mitinqindən görüntülər