Bakıya Güclü Qar Yağacaq, Çovğun Olacaq - XƏBƏRDARLIQ

#bakıqar #havahaqqinda #doğruxəbərazərbaycan Bakıda və Abşeron yarımadasında fevralın 7-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək. Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya  verilən xəbərə görə, fevralın 8-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 9-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi, 9-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı gözlənilir.
Back to Top