Gürcüstanlı soydaşımız evində zəngin muzey yaradıb - BAKU TV
Gürcüstanlı soydaşımız evində zəngin muzey yaradıb - BAKU TV
Qədim alban kilsəsinin qalıqları, üzərində müxtəlif işarələr və rəsmlər həkk edilmiş daşlar, küplər, məişət və bəzək əşyaları, xalçalar, toxuma dəzgahları və bu kimi digər eksponatlar. Bütün bunlar gürcüstanlı soydaşımızın evində yaratdığı muzeydəndir.
Muzeyin yaradıcısı Məmməd Abdullayev buradakı əşyaları doğulub boya-başa çatdığı ata yurdunda tikinti işləri apararkən aşkar etdiyini və onlardan muzey yaratmaq qərarına gəldiyini deyir.
Azgəyliyən kəndinin qədim tarixə malik olmasını vurğulayan muzeydəki eksponatların bir qisminin bu ərazilərdə məskunlaşan türk tayfalarına aid olduğunu da bildirir.
Kəndin ziyalıları da muzeyin yaradılmasını təqdirəlayiq addım kimi qiymətləndirir. Həcər ana isə öz nənə-babasından qalmış xananı muzeyə hədiyyə edib.
Məlumat üçün onu da bildirək ki, Azgəyliyən kəndinin əvvəllər 180-dək təsərrüfat və 700-dən çox əhalisi olub. Hazırda isə 120 təsərrüfat və 350 nəfər kənd sakini var. Əhalinin əsas məşğuliyyəti
3 views
15
2
3 years ago 00:04:04 3
Gürcüstanlı soydaşımız evində zəngin muzey yaradıb - BAKU TV